​İsrail səfirinin müavini: ""Bakı- 2015" I Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi"

​İsrail səfirinin müavini: ""Bakı- 2015" I Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi" "Biz İsrail idmançılarının nəticələrindən razıyıq"
Avropa Oyunları
10 İyul , 2015 10:04
​İsrail səfirinin müavini: Bakı- 2015 I Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi

Bakı. 10 iyul. REPORT.AZ/ ""Bakı-2015" ilk Avropa Oyunlarının səviyyəsi olduqca yüksək idi". Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirinin müavini Ronen Kraus (Ronen Krausz) bildirib.

O deyib ki, Oyunların yüksək səviyyədə təşkil olunduğunu İsrail nümayəndə heyətinin üzvləri də təsdiqləyib.

R.Kraus qeyd edib ki, İsrail tarixində ən çoxsaylı idman nümayəndə heyətini məhz bu Oyunlara göndərib: "Hesab edirəm ki, nəticələr yaxşı oldu. Biz Oyunlarda 12 medal qazandıq və bu bizim üçün böyük uğurdur".

İkinci Avropa Oyunlarının İsraildə keçirilməsinin mümkünlüyü barədə danışan R.Kraus deyib ki, bu məsələ hələ gündəmdə deyil: "Biz indi idmançılarımızın Olimpiya Oyunlarına hazırlığı ilə məşğuluq".

Son xəbərlər

Orphus sistemi