​İspaniya televiziyası I Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb

​İspaniya televiziyası I Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb Tamaşaçılara Azərbaycana aid bütün elementlər barədə ətraflı məlumat verib
Avropa Oyunları
13 İyun , 2015 02:35
​İspaniya televiziyası I Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb

Bakı. 13 İyun. REPORT.AZ/ I Avropa Oyunlarının açılış mərasimini İspaniyanın RTVE televiziyası canlı yayımlayıb.

"Report" xəbər verir ki, ispan şərhçilər bu mərasimin yayımına hazırlıqları ilə diqqət cəlb ediblər.

Açılış mərasimində təqdim olunan və Azərbaycanı tərənnüm edən bütün elementlər barədə RTVE tamaşaçılarına ətraflı məlumat verilib. Şərhçilər Azərbaycan bayrağının rənglərinin mənası, səslənən milli klassik musiqimiz və bəstəkarlarımız, Nizami Gəncəvi və onun “Leyli və Məcnun” poeması haqqında da danışıblar.

Reportajın gedişində Avropa Oyunları ərəfəsində Bakıda yeni inşa olunmuş idman qurğuları haqqında məlumat verilib. İspan şərhçilər cəmi 24 illik müstəqillik tarixi olan Azərbaycanın belə nəhəng tədbirləri üzərinə götürərək uğurla həyata keçirməsini də xüsusi qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi