İlk Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna çatıb

İlk Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna çatıb İdmançılar marafon boyu məşəli bir-birinə ötürməklə 2 kilometrədək məsafəni qət ediblər
Avropa Oyunları
16 May , 2015 17:16
İlk Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna çatıb

Bakı. 16 may. REPORT.AZ/ İlk Avropa Oyunlarının məşəli bu gün Daşkəsən rayonuna aparılıb. "Report"un məlumatına görə, məşəl estafetinə rayonun girişindən start verilib. Burada məşəli rayon sakini, dünya çempionu Xəqani Abdullayev qəbul edib.

Daşkəsən rayonunda idmançılar marafon boyu məşəli bir-birinə ötürməklə 2 kilometrədək məsafəni qət edib, şəhərin mərkəzi meydanına çatıblar. Rayon sakini Zaur Həsənov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub. İlk Avropa Oyunlarının çırağı yarışlar başa çatana qədər saxlanılması üçün rayon sakini Elməddin Əliyevə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi