​I Avropa Oyunlarının bilet satışına başlanılıb - FOTOLAR

​I Avropa Oyunlarının bilet satışına başlanılıb - FOTOLAR Satış məntəqələri saat 11:00-dan 21:00-a qədər işləyəcək
Avropa Oyunları
3 Aprel , 2015 14:34
​I Avropa Oyunlarının bilet satışına başlanılıb - FOTOLAR

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarının bilet satışının açıq elan edilməsi ilə bağlı tədbir keçirilib. "Report"un xəbərinə görə, mərasimdə iştirakçılara biletlər haqda məlumat verilib.

Tədbirdə "Bakı 2015"in voleybol növü üzrə Ulduz Elçisi Cabir İmanov, çimərlik futbolu üzrə elçi Bəhram Bağırzadə və velosiped idmanının təmsilçisi İlkin Həsəni iştirak edib.

Tədbirdə bildirilib ki, ümumilikdə I Avropa Oyunlarının biletləri 12 məntəqədə satışa çıxarılacaq. Hazırda bunlardan 8-i fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu gündən etibarən Bakı şəhərində yerləşən satış məntəqələri saat 11:00-dan 21:00-a qədər bilet almaq istəyənlərin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi