"Bakı 2015": Daha bir idman növündə qızıl medalın sahibi müəyyənləşib - YENİLƏNİB

"Bakı 2015": Daha bir idman növündə qızıl medalın sahibi müəyyənləşib - YENİLƏNİB ​Atıcılıq yarışında finalçılar müəyyənləşib
Avropa Oyunları
19 İyun , 2015 14:27
Bakı 2015: Daha bir idman növündə qızıl medalın sahibi müəyyənləşib - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışında qızıl medalın sahibi müəyyənləşib. "Report"un məlumatına görə, birinci yerə italiyalı Petra Zublasinq layiq görülüb.

Qadın atıcı final yarışında 464.7 xal toplamaqla ən yaxşı nəticə göstərib. Gümüş medala 454.6 xalla fransalı Laurens Briz sahib çıxıb. Bürünc medal isə avstriyalı Oliviya Hofmanın aktivinə yazılıb - 443.2 xal.

*** 11:10

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışında finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, 9 ölkə idmançısı final mərhələsinə vəsiqə qazanıb.

İlkin mərhələdə italiyalı nişançı Petra Zublasinq birinci olub. O, aktivinə 589 xal yazdırıb ki, bu nəticə Oyunların rekordu kimi qeydə alınıb.

Final mərhələsinə yüksələn digər idmançılar isə bunlardır: Beat Qauss (Almaniya), Nataliya Kalniş (Ukrayna), Petra Lustenberqer (İsveçrə), Cennifer Mkintoş (İngiltərə), Laurens Brinz (Fransa), Oliviya Hofmann (Avstriya) və İvana Maksimoviç (Serbiya).

Qeyd edək ki, final yarışları saat 11:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi