I ​Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar başlayıb

I ​Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar başlayıb Təsnifat mərhələsində qadınlar 8, kişilər 5 qrupda mübarizə aparacaqlar
Avropa Oyunları
14 İyun , 2015 10:38
I ​Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlar başlayıb.

"Report"un məlumatına görə, kişi və qadın idmançılar komanda yarışlarında ilk günün hərəkətlərini yerinə yetirəcəklər. Təsnifat mərhələsində qadınlar 8, kişilər isə 5 qrupda mübarizə aparacaqlar.

Qadınların yarışında Azərbaycan təmsilçiləri 3-cü qrupda çıxış edəcək. Fərdi yarışda Yuliya İnşina, Marina Nekrasova və Ktisrina Pravdina bacarığını nümayiş etdirəcək.

Azərbaycan idmançıları kişilərin mübarizəsində də 3-cü qrupda yarışacaqlar. Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk təsnifat mərhələsində Azərbaycanı təmsil edəcəklər. 

Son xəbərlər

Orphus sistemi