​I Avropa Oyunlarında güləşçilərə veriləcək mükafat açıqlanıb

​I Avropa Oyunlarında güləşçilərə veriləcək mükafat açıqlanıb "Çalışırdıq ki, hər iki turnirdə optimal heyət çıxış etsin"
Avropa Oyunları
8 İyun , 2015 12:27
​I Avropa Oyunlarında güləşçilərə veriləcək mükafat açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında güləşçilərə veriləcək mükafatın həcmi açıqlanıb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlama verib. 

O bildirib ki, 2015-ci ildə güləş üzrə Avropa çempionatı keçirilməyəcəyindən, bu yarış üçün nəzərdə tutulan mükafat Avropa Oyunlarına şamil ediləcək.  

Azərbaycanın dünyada ən güclü güləş ölkələri sırasında yer aldığını deyən vitse-prezident hər bir güləşçisidən qızıl medal gözlədiyini söyləyib. O, sentyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya çempionatı haqda da danışıb. Federasiya rəsmisi bildirib ki, həm I Avropa Oyunları, həm də dünya çempionatı önəmli yarışdır: "Bu səbəbdən, yarışlarda iştirak edəcək heyət gec açıqlandı. Çalışırdıq ki, hər iki turnirdə optimal heyət çıxış etsin. Oyunlarda çoxlu gənc pəhləvanlar çıxış edəcək. Onlar həqiqətən də yarışa hazırdırlar. Həm Avropa Oyunları, həm də dünya çempionatı bizim üçün çox vacibdir. Oyunlar Bakıda - öz vətənimizdə keçirilir, dünya çempionatı isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından önəmlidir. Lisenziyaları sentyabrda əldə etsək, o zaman hazırlaşmaq üçün 1 il artıq vaxtımız olacaq. Məqsədimiz lisenziyaların 80 faizini dünya çempionatında əldə etməkdir".

N.Əliyevin sözlərinə görə, dünya və Avropa çempionu Rövşən Bayramov dünya çempionatında güləşəcəyindən, Avropa Oyunlarına qatılmayacaq.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Arenasında 13-14 iyunda yunan-Roma, 15 - 18 iyunda isə sərbəst və qadın güləşi üzrə yarışlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi