​I Avropa Oyunları Xorvatiyada da yayımlanacaq

​I Avropa Oyunları Xorvatiyada da yayımlanacaq Yayım "Sportska Televizija" kanalı vasitəsilə həyata keçiriləcək
Avropa Oyunları
27 May , 2015 17:36
​I Avropa Oyunları Xorvatiyada da yayımlanacaq

Bakı. 27 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) Xorvatiya ilə yayım müqaviləsi imzalayıb. "Report"un məlumatına görə, Oyunlar adıçəkilən ölkədə 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan "Sportska Televizija" (SPTV) ilə tamaşaçılara nümayiş olunacaq.

Müqaviləyə əsasən, Oyunlar kanal vasitəsilə hər gün 10 saat yayımlanacaq. SPTV kanalı yarışlardan əlavə, həm də Açılış və Bağlanış mərasimlərini nümayiş etdirəcək, Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş işıqlandırılmasını təmin edəcək.

Yeni saziş haqqında danışan BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və kanalın baş redaktoru Yura Ozmek əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, Xorvatiya İran, Amerika, Hindistan, Çin, Honkonq, Yaponiya, ərəb dünyası və Avstraliya kimi ölkələri də əhatə edən yayımçılar siyahısına daxil olub.

Son xəbərlər

Orphus sistemi