​I Avropa Oyunları Honq-Konqda yayımlanacaq

​I Avropa Oyunları Honq-Konqda yayımlanacaq "Bakı-2015” Honq-Konqun “TVB” televiziya şirkəti ilə yayım sazişi imzalayıb
Avropa Oyunları
2 Aprel , 2015 20:37
​I Avropa Oyunları Honq-Konqda yayımlanacaq

Bakı. 2 aprel. REPORT.AZ/ "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Honq-Konqun “Television Broadcasts Limited” (TVB) televiziya şirkəti ilə yayım sazişi imzalayıb.

"Report" xəbər verir ki, Asiyanın ən böyük kommersiya şirkətlərindən olan TVB ilk Avropa Oyunlarını Honq-Konqda yayımlamaq üçün müstəsna hüquqa sahib olub. Honq-Konqda 2,4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya oyunlarının, eləcə də futbol üzrə dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir. TVB yalnız Avropa Oyunlarının deyil, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat rolu oynayacaq.

“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Oyunlarına maraq getdikcə artmaqdadır. TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq. Bununla da Honq-Konq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, ABŞ, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Gələcəkdə sıralarımıza qoşulacaq yayım şirkətlərinin siyahısının daha da artacağına əminəm. Bu, beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur.

TVB-nin nümayəndəsi Patrik Li deyib: “İdmanın təbliği şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz Honq-Konq əhalisinin Yay və Qış Olimpiya oyunları, eləcə də futbol üzrə dünya çempionatı kimi yüksək səviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcəyinə əminəm”.

Son xəbərlər

Orphus sistemi