I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib - YENİLƏNİB

I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib - YENİLƏNİB A qrupunda yer alan Azərbaycan milli komandası Finlandiya ilə qarşılaşacaq
Avropa Oyunları
14 İyun , 2015 17:17
I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib - YENİLƏNİB

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib. "Report" xəbər verir ki, ilk olaraq Slovakiya - İtaliya komandaları üz-üzə gəlib. Slovakiyalılar 3-1 hesabı ilə qalib gəliblər. 

Bu gün A və B qruplarında daha 4 oyun keçiriləcək.

A qrupunda yer alan Azərbaycan milli komandası Finlandiya ilə qarşılaşacaq. Görüş saat 16:30-da başlayacaq. 

***15:31

Artıq A qrupunda ilk oyun keçirilib. Serbiya və Türkiyə komandalarının qarşılaşmasında türkiyəli voleybolçular 3:1 hesabı ilə qələbə qazanıblar.

***17:17

B qrupunda Belçika və Bolqarıstan kişi voleybol komandalarının qarşılaşması ikincilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Günün proqramı:

Keçirilmə vaxtı Qrup Komandalar Nəticə
09:00 B qrupu Slovakiya - İtaliya 3:1 (25 - 23) (25 - 22)

(22 - 25)

(25 - 21)

11:00 A qrupu Serbiya - Türkiyə 1:3 (15 - 25) (25 - 21)
(20 - 25)
(18 - 25)
14:30 B qrupu Belçika - Bolqarıstan 2:3
(16 - 25)
(25 - 23)
(20 - 25)
(25 - 23)
(11 - 15)
16:30 A qrupu Azərbaycan - Finlandiya
20:00 B qrupu Almaniya - Rusiya
22:00 A qrupu Polşa - Fransa

Son xəbərlər

Orphus sistemi