​I Avropa Oyunları çərçivəsində Bakıda "Rusiya Evi" açılacaq

​I Avropa Oyunları çərçivəsində Bakıda "Rusiya Evi" açılacaq Vladimir Putin Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılışında iştirak edəcək
Avropa Oyunları
22 May , 2015 12:05
​I Avropa Oyunları çərçivəsində Bakıda Rusiya Evi açılacaq

Bakı. 22 may. REPORT.AZ/ I Avropa Oyunları çərçivəsində Bakıda "Rusiya Evi" açılacaq. "Report" Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə (RİMM) istinadən xəbər verir ki, Bakıda "Rusiya Evi" iyunun 11-dən 28-dək hər gün saat 9:00-dan 21:00-dək fəaliyyət göstərəcək. "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Bakıda "Rusiya evi"nin perspektivlərini şərh edərkən vurğulayıb ki, Avropa Oyunlarının ölkədə keçirilməsi hüququnu Azərbaycan təsadüfi qazanmayıb: "Ölkədə bir çox idman növləri sürətlə inkişaf edir, yalnız Bakıda deyil, respublikanın bütün bölgələrində də güclü idman bazası yaradlıb. Mən əminəm ki, Azərbaycanda Avropa Oyunları Olimpiya səviyyəsində keçiriləcək".

Onun sözlərinə görə, bu gün Azərbaycanda bir çox görkəmli idmançılar, Olimpiya oyunlarının və digər beynəlxalq idman tədbirlərinin iştirakçıları və qalibləri yaşayır.

Onların hamısı Bakıdakı oyunlarda öz Rusiyalı idman dostlarının gələcəklərinə ümid edirlər. Bu kimi veteranların görüşləri məhz "Rusiya Evində" keçiriləcək.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər və Bakıda I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi