Holly Hibbott: Özümü Avropanın ən qabaqcıl ölkələrindən birində hiss etdim

Holly Hibbott: Özümü Avropanın ən qabaqcıl ölkələrindən birində hiss etdim "Bakıya gəldikdən sonra isə Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin necə gözəl olduğunun şahidi oldum"
Avropa Oyunları
24 İyun , 2015 00:18
Holly Hibbott: Özümü Avropanın ən qabaqcıl ölkələrindən birində hiss etdim

Bakı. 24  İyun. REPORT.AZ/ I Avropa Oyunlarında qadınlar arasında 800 m sərbəst üsulla üzgüçülük yarışlarında qızıl medala sahib olan Böyük Brtitaniyalı idmançı Holly Hibbott qələbə qazandıqdan sonra "Report"a müsahibə verib.

Hibbott bildirib ki, Avropa oyunlarından əvvəl Azərbaycan haqda dolğun məlumatı olmayıb: "2012-ci ildə eşidəndə ki, Avropa Oyunları Azərbaycanda keçiriləcək, təəccübləndim. Çünkü ölkənizi tanımırdım. Bakıya gəldikdən sonra isə Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin necə gözəl olduğunun şahidi oldum".

Britaniyalı idmançı bildirib ki, yarışlar onun təsəvvür etdiyindən də yüksək səviyyədə təşkil olunub: "Özümü Avropanın ən qabaqcıl ölkələrindən birində hiss etdim. İnanmıram ki, hər hansı başqa bir Avropa ölkəsi yarışlara bu səviyyədə hazırlaşa bilərdi".

Son xəbərlər

Orphus sistemi