​Hayle İbrahimov: "Birinci olduğum üçün xoşbəxtəm"

​Hayle İbrahimov: "Birinci olduğum üçün xoşbəxtəm" "Dünya və Avropa çempionatına hazıram"
Avropa Oyunları
22 İyun , 2015 20:57
​Hayle İbrahimov: Birinci olduğum üçün xoşbəxtəm

Bakı. 22 iyun. REPORT.AZ/ "Finişə birinci çatdığım üçün çox xoşbəxtəm. Bu gün çox yorucu idi". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kişilər arasında 3000 metr məsafəyə birinci çatan Hayle İbrahimov deyib.

O, qələbəsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və gələcək planlarından danışıb: "Dünya və Avropa çempionatına hazıram. Bundan ötrü çoxlu məşqlər etmişəm. Bir müddət sonra yeni yarış olacaq və orada yaxşı nəticə qazanmaq istəyirəm".

Qeyd edək ki, Hayle İbrahimov 3000 metr məsafəni ən qısa müddətə başa vuraraq komandanın aktivinə 14 xal yazdırıb.

Son xəbərlər

Orphus sistemi