​Fransanın idman naziri Bakıda I Avropa oyunlarının açılışında iştirak edəcək

​Fransanın idman naziri Bakıda I Avropa oyunlarının açılışında iştirak edəcək Səfir: "Fransalı idmançılar əksər idman növlərində təmsil olunacaq"
Avropa Oyunları
5 May , 2015 11:54
​Fransanın idman naziri Bakıda I Avropa oyunlarının açılışında iştirak edəcək

Bakı. 5 may. REPORT.AZ/ Fransanın şəhərsalma, gənclər və idman naziri Patrik Kanne I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək. 

Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib. 

O qeyd edib ki, Bakıda keçiriləcək I Avropa oyunlarında 400-ə yaxın fransız idmançısının iştirak edəcəyi planlaşdırılır. Fransalı idmançılar əksər idman növlərində təmsil olunacaq.

Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və 20 idman növündə mübarizə aparacaq. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi