Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub - FOTO - YENİLƏNİB

Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub - FOTO - YENİLƏNİB Paralimpiyaçı cüdoçusu İlham Zəkiyev çempion adını qazanıb
Avropa Oyunları
26 İyun , 2015 20:50
Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub - FOTO - YENİLƏNİB

Bakı. 26 İyun. REPORT.AZ/ Paralimpiyaçımız Azərbaycana Avropa Oyunlarında 18-ci qızıl medalı qazandırdı.

90 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat paralimpiya çempionu, paralimpiyaçı cüdoçusu İlham Zəkiyev finalda ukraynalı Oleksandr Pominovla qarşılaşıb.

Rəqibinə vaza-ari ilə qiymətləndirilən fənd işlədərək onu tatamiyə çırpan İlham Zəkiyev ardınca saxlama fəndi tətbiq edib və ipponla vaxtından əvvəl qalib gələrək çempion adını qazanıb.

*** 16:29

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev "Bakı 2015" I Avropa Oyunlarının finalına yüksəlib. "Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat paralimpiya çempionu yarımfinalda yunanıstanlı Klimis Papaxristosu ipponla məğlub edib.

İ.Zəkiyevin qızıl medal döyüşdəki rəqibi ukraynalı Aleksandr Pominov olacaq. A.Pominov yarımfinalda digər azərbaycanlı paralimpiyaçı cüdoçu Zakir Müslümovu məğlub edib. Z.Müslümov isə bürünc medal uğrunda görüşdə yunanıstanlı Klimis Papaxristosla üz-üzə gələcək.

*** 16:19

"Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan azərbaycanlı qadın paralimpiyaçı cüdoçu Səbinə Abdullayeva finala yüksəlib. "Report"un məlumatına görə, 57 kq çəkidə yer alan 19 yaşlı idmançı yarımfinalda vaza-ari və yuko xalları ilə ukraynalı Nataliya Nikolayçuka qalib gəlib.

S.Abdullayevanın finaldakı rəqibi daha bir ukraynalı İnna Çernyak olacaq.

*** 16:06

"Bakı 2015"də mübarizəyə qoşulan Azərbaycanın paralimpiyaçı cüdoçusu Zakir Müslümov ilk görüşdəcə məğlub olub. "Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəkidə çıxış edən Z.Müslümov ukraynalı Aleksandr Pominova ipponla uduzub.

*** 15:17

Azərbaycanın paralimpiyaçı cüdoçusu Səbinə Allahverdiyeva "Bakı 2015" I Avropa Oyunlarının yarımfinalına yüksəlib. "Report"un məlumatına görə, qadın cüdoçu 57 kq çəki dərəcəsindəki ilk görüşündə ispaniyalı Maria Monika Merenkiano Herreronu məğlub edib.

O, görüşün 10-cu saniyəsində ipponla qələbə qazanıb. S.Abdullayeva yarımfinalda ukraynalı Natalya Nikolayçuk və türkiyəli Serife Koseoğlu arasındakı görüşün qalibi ilə yarışacaq.

*** 13:38

Azərbaycanın 5 cüdoçuları "Bakı 2015"də mübarizəni dayandırıb. "Report"un məlumatına görə, ilk görüşünü qələbə ilə başa vuran Xanım Hüseynova 1/8 finalda məğlub olub. 63 kq çəkidə çıxış edən qadın idmançı fransalı Klariss Aqbeqnenuya ipponla uduzub.

*** 13:05

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən cüdoçu Xanım Hüseynova 1/8 finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsindəki X.Hüseynova ilk görüşündə makedoniyalı Katerina Nikoloskanı ipponla məğlub etməyi bacarıb. 

Onun növbəti rəqibi fransalı Klariss Aqbeqnenu olacaq.

63 kq-da mübarizə aparan daha bir qadın idmançı Nuriyyə Axundova məğlubiyyətlə üzləşib. O, polşalı Aqata Ozdobaya ipponla uduzub.

70 kq-dakı Validə Mirzəzadə də məğlubiyyətlə üzləşib. Belçikalı Roksane Taeymansla üz-üzə gələn Azərbaycan cüdoçusu ipponla məğlub olub. Eyni çəkidə döyüşə çıxan Nərgiz İbrahimova da rəqibi ilə bacara bilməyib. O, xorvatiyalı Barbara Matiçə ipponla uduzub.

Kişilərdən isə Rüstəm Orucov mübarizəni dayandırıb. 73 kq çəkidə yer alan R.Orucov çexiyalı Jaromir Jezekə ipponla yenilib.

*** 11:59

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulur. "Report"un məlumatına görə, onlardan 3-ü kişi, 5-i isə qadın idmançıdır.

Kişilər arasında 73 kq çəki dərəcəsində Rüstəm Orucov, qadınlar arasında 63 kq çəkidə Xanım İsmayılova, Nuriyyə Axundova, 70 kq-da isə Validə Mirzəzadə və Nərgiz İbrahimbəyova uğur qazanmağa çalışacaq.

Azərbaycanın paralimpiyaçı cüdoçuları da bu gün mübarizəyə start verəcək. Gözdən əlillərin yarışında kişilərdən İlham Zəkiyev, Zakir Müslümov, qadınlardan isə Səbinə Abdullayeva iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi