“Euronews” kanalı Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı geniş reportaj hazırlayıb

“Euronews” kanalı Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı geniş reportaj hazırlayıb Oyunları qəbul edəcək Olimpiya Stadionunun inşası barədə məlumat verilib
Avropa Oyunları
17 Dekabr , 2014 00:31
“Euronews” kanalı Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı geniş reportaj hazırlayıb
Bakı. 17dekabr. REPORT.AZ/  Avropanın məşhur “Euronews” kanalında “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı xüsusi reportaj yayımlanıb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, reportajda 2015-ci il 12-28 iyul tarixində keçiriləcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.

Bakının tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb.

Reportaj zamanı Oyunları qəbul edəcək Olimpiya Stadionunun inşası barədə də məlumat verilib. 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri inşa olunduğu qeyd olunub.

Həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da söz açılıb. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şərait yaradılacaq.

Son xəbərlər

Orphus sistemi