​Ermənistanın idman naziri "Bakı 2015"də iştirakla bağlı qərarı alqışlayıb

​Ermənistanın idman naziri "Bakı 2015"də iştirakla bağlı qərarı alqışlayıb O, erməni idmançıların təhlükəsizliyinin təmin olunacağını da vurğulayıb
Avropa Oyunları
11 Mart , 2015 16:53
​Ermənistanın idman naziri Bakı 2015də iştirakla bağlı qərarı alqışlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Ermənistan idmançılarının "Bakı 2015" I Avropa Oyunlarında iştirak etməməsi təkcə erməni idmançıların deyil, həm də Ermənistanın dünya idman arenasındakı nüfuzuna xələl gətirərdi.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın idman və gənclərlə iş üzrə naziri Qabriel Kazaryan deyib.

Xatırladaq ki, martın 10-da Ermənistan Milli Olimpiya Komitəsi "Bakı 2015"də iştirakla bağlı qərar qəbul edib.

Q.Kazaryan komitənin bu qərarını alqışlayaraq, erməni idmançıların təhlükəsizliyinin təmin olunacağını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi