Ermənistan Milli Olimpiya Komitəsinin rəsmiləri Bakıya səfər edəcək

Ermənistan Milli Olimpiya Komitəsinin rəsmiləri Bakıya səfər edəcək Avropa Olimpiya Komitəsinin (EOC) Baş Assambleyasında Ermənistan da təmsil olunacaq
Avropa Oyunları
11 Noyabr , 2014 15:40
Ermənistan Milli Olimpiya Komitəsinin rəsmiləri Bakıya səfər edəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Bakıda işə başlayacaq Avropa Olimpiya Komitəsinin (EOC) Baş Assambleyasında Ermənistan da təmsil olunacaq. Bu barədə "Report"a Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Ç.Hüseynzadənin sözlərinə görə, toplantıya EOC-a üzv olan bütün ölkələrin Milli Olimpiya komitələrindən nümayəndələr qatılacaqlar. Onların arasında Ermənistan Milli Olimpiya Komitəsinin rəsmiləri də olacaq. Lakin vitse-prezident deyib ki, qonşu ölkədən Bakıya kimlərin gələcəyi hələ bilinmir. 

Qeyd edək ki, Bakıdakı toplantı 4 gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi