Cahangir Əsgərov: "AZAL açılış mərasimindən də əvvəl Avropa Oyunlarında rolunu oynamaq istəyir"

Cahangir Əsgərov: "AZAL açılış mərasimindən də əvvəl Avropa Oyunlarında rolunu oynamaq istəyir" Avropa Oyunları biletinin püşkatmasında qalib olan xanım Nyu-Yorka 2 nəfərlik bilet qazanıb
Avropa Oyunları
1 May , 2015 13:43
Cahangir Əsgərov: AZAL açılış mərasimindən də əvvəl Avropa Oyunlarında rolunu oynamaq istəyir

Bakı. 1 may. REPORT.AZ/ "Bakı 2015" və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları (AZAL) Ofeliya Abdullayeva adlı xanımın Avropa Oyunlarının ilk Şanslı qalibi olduğunu açıqlayıb. "Report"un məlumatına görə, bilet nömrəsi püşkatma ilə seçilmiş O.Abdullayeva AZAL tərəfindən ABŞ-ın Nyu-York şəhərinə iki nəfərlik biznes-klasda gediş-gəliş uçuş bileti və 1500 manat cib xərcliyi qazanıb.

"Bakı 2015"in Şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar arasında rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələr üçün keçirilir. Növbəti qaliblər P&G-dən illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və "Tissot"un xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara "Bakı 2015" I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.

Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov AZAL-ın I Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istədiyini bildirib. O, rəhbərlik etdiyi qurumun qalibinin Nyu-York şəhərinə səyahətindən və "Bakı 2015" mərasimlərində iştirakından məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əmin olduqlarını deyib.

"Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq də Şanslı qalib kampaniyasının ilk nəticəsi barədə danışıb. O. Abdullayevanı 2015-in ilk Şanslı qalibi olması münasibətilə təbrik edən S.Kleqq bildirib ki, bu təbliğat "Bakı 2015" möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır: "Biz AZAL-a ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, növbəti həftələrdə bilet sahibləri daha 3 hədiyyə ilə təltif olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi