Toğrul Əsgərov “Bakı 2015”də qızıl medal qazanıb - YENİLƏNİB

Toğrul Əsgərov “Bakı 2015”də qızıl medal qazanıb - YENİLƏNİB Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri də izləyib
Avropa Oyunları
17 İyun , 2015 19:49
Toğrul Əsgərov “Bakı 2015”də qızıl medal qazanıb - YENİLƏNİB

Bakı. 17 iyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarında 65 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Toğrul Əsgərov final görüşünün birinci hissəsində italiyalı Frank Markes Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanmaqla qızıl medala sahib olub. “Report”un xəbərinə görə, görüşü Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri də izləyib. Onlar T.Əsgərovu ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.

**** 19:21

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında medal görüşləri başlayıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən əvvəlcə 57 kq çəki dərəcəsindəki Yaşar Əliyev xalça üzərinə çıxıb. 

O, türkiyəli Sezar Akgüllə qarşılaşmada 3:8 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib. Bürünc medala isə S.Akgül sahib olub. 

**** 14:11

"Bakı 2015" I Avropa Oyunlarında bu gün mübarizəyə qoşulan Azərbaycanın 4 sərbəst güləşçisindən 2-si finala yüksəlib. "Report"un məlumatına görə, bunlar olimpiya çempionu Toğrul Əsgərovla dünya çempionu Xetaq Qazyumovdur. 

T.Əsgərov (65 kq) yarımfinalda belaruslu Azamat Nurkaunu məğlub edib - 7:2. Onun finaldakı rəqibi italiyalı Frank Çamizo Markes olacaq. 

X.Qazyumov (97 kq) isə yarımfinalda rusiyalı Abdusalam Qadisovu 4:2 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək.

Yaşar Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal üçün yarışacaqlar. Y.Əliyev yarımfinalda rusiyalı Viktor Lebedevə 1:3 hesabı ilə məğlub olub. Onun üçüncülük mübarizəsindəki rəqibi ukraynalı Taras Markoviç və türkiyəli Sezar Akgül cütünün qalibi olacaq. C.Həsənov isə bolqarıstanlı Kiril Tərziyevlə üz-üzə gələcək.

*** 13:30

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015"də bu gün mübarizəyə başlayan Azərbaycanın 4 sərbəst güləşçisindən 3-ü yarımfinala yüksəlib. "Report"un məlumatına görə, olimpiya çempionu Toğrul Əsgərov (65 kq), dünya çempionu Xetaq Qazyumov (97 kq) və Yaşar Əliyev 57 kq) 1/4 final görüşlərini qələbə ilə başa vurub. 

T.Əsgərov 1/4 finalda fransalı Maksim Fiqeni yenib - 10:0. Onun növbəti rəqibi belaruslu Azamat Nurkau olacaq. 

X.Qazyumov belaruslu İbrahim Saidaunu məğlub edib. 2:1 hesablı qələbə qazanan azərbaycanlı pəhləvanın yarımfinaldakı rəqibi rusiyalı Abdusalam Qadisov olacaq.

Y.Əliyev 1/4 finalda ermənistanlı Qarik Barseqyanı 10:6 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi rusiyalı Viktor Lebedev olacaq.

74 kq çəkidə mübarizə aparan sərbəst güləşçi Cəbrayıl Həsənov isə bürünc medal qarşılaşmasına çıxacaq. İlk təsəlliverici görüşdə finlandiyalı Henri Seleniusu 11:0 hesabı ilə məğlub edən C.Həsənov son görüşündə bolqarıstanlı Kiril Tərziyevlə üz-üzə gələcək.

*** 12:41

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015"də Azərbaycanı təmsil edən sərbəst güləşçisi Yaşar Əliyev 1/4 finalda ermənistanlı Qarik Barseqyanla qarşılaşıb. "Report"un məlumatına görə, prinsipial görüşdə azərbaycanlı pəhləvan 10:6 hesablı qələbə qazanıb. 

Bu nəticə ilə Y.Əliyev yarımfinala yüksəlib. Onun növbəti rəqibi rusiyalı Viktor Lebedev olacaq.

Əvəzində Cəbrayıl Həsənov 74 kq çəkidə türkiyəli Soner Demirtaşla üz-üzə gəlib. Yarışın sonunda sevinən tərəf türkiyəli pəhləvan olub - 5:3.

97 kq-da mübarizə aparan Xetaq Qazyumov isə moldovalı Nikolay Cebanı 4:0. Azərbaycan güləşçisi 1/4 finalda belaruslu İbrahim Saidau ilə qarşılaşacaq.

65 kq çəkidə yer alan olimpiya çempionu Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Savanı 10:0 hesabı ilə məğlub edib. Onun növbəti rəqibi fransalı Maksim Fiqe olacaq. 

*** 11:42

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib. "Report"un məlumatına görə, rəqib macarıstanlı Mihali Nagi olub. 

Görüş ilk hissədəcə Həsənovun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0. Onun 1/4 finaldakı rəqibi türkiyəli Soner Demirtaş olacaq.  

*** 11:17

"Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edən Xetaq Qazyumov polşalı Radoslav Barana qalib gəlib. "Report"un məlumatına görə, azərbaycanlı pəhləvan döşəyi 10:0 hesablı qələbə ilə tərk edib. Onun 1/4 finaldakı rəqibi moldovalı Nikolay Seban olacaq.

57 kq-da isə Yaşar Əliyev rəqibini üstələyib. Azərbaycan idmançısı fransalı Zoheyr El Ouarraqe görüşdən qalib ayrılıb - 9:4.

Yaşar Əliyevin növbəti mərhələdə rəqibi Ermənistanı təmsil edən Qarik Barseqyan olacaq.

*** 10:40

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov növbəti mərhələyə yüksəlib. "Report"un məlumatına görə, o, 65 kq çəkidə rusiyalı İlias Bekbulatova qalib gəlib.

Görüş Azərbaycan təmsilçisinin 8:7 hesablı qələbəsi ilə yekunlaşıb. T.Əsgərovun 1/8 final mərhələsindəki rəqibi moldovalı Mihail Sava olacaq. 

*** 10:13

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, dörd çəki dərəcəsində keçiriləcək yarışlarda Azərbaycan bütün çəki dərəcəsində bir pəhləvanla təmsil olunacaq.

57 kq çəkidə Yaşar Əliyev saat 10:35-də döşək üzərinə çıxacaq. Onun rəqibi fransalı Zoheyr El Ouarraqe olacaq. 65 kq mübarizə aparan Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla üz-üzə gələcək. Pəhləvanlar saat 10:14-də yarışacaqlar.

Azərbaycanın digər təmsilçisi Cəbrayıl Həsənov saat 11:10-da mübarizəyə qoşulacaq. 74 kq-da güləşən C.Həsənov macarıstanlı Mihaly Naqiyə üstün gəlməyə çalışacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək Xetaq Qazyumovun rəqibi isə polşalı Radoslav Barandır. Bu cütlüyün güclüsü saat 10:21-də başlayacaq mübarizədə məlum olacaq.

Qeyd edək ki, kişilər arasında sərbəst güləş yarışı 2 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi