​Bolqarıstan idmançısı qızıl medal qazanıb

​Bolqarıstan idmançısı qızıl medal qazanıb İtaliyalı idmançı gümüş medal qazanıb
Avropa Oyunları
16 İyun , 2015 12:47
​Bolqarıstan idmançısı qızıl medal qazanıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında daha bir idmançı qızıl medal qazanıb. "Report"un məlumatına görə, bolqarıstanlı Vitali Bubnoviç aktivinə qızıl medal yazdırıb.

O, kişilər arasında 10 metr məsafədə hava tüfəngi ilə atəşdə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Yarışda ikinci olan italiyalı Nikkolo Kampriani gümüş, İsrail idmançısı Sergey Riçter bürünc medal qazanıb.

Qeyd edək ki, atıcılıq yarışlarına iyunun 22-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi