Bolqarıstan “Bakı-2015” Avropa Oyunları üçün Azərbaycana 109 idmançı gətirir

Bolqarıstan “Bakı-2015” Avropa Oyunları üçün Azərbaycana 109 idmançı gətirir Bolqarlar 20 idman növündən 11-də qüvvələrini sınayacaqlar
Avropa Oyunları
8 Fevral , 2015 03:48
Bolqarıstan “Bakı-2015” Avropa Oyunları üçün Azərbaycana 109 idmançı gətirir

Bakı. 8 fevral. REPORT.AZ/ İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Bolqarıstan yığmasının heyətinin sayı dəqiqləşib.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, ölkənin Milli Olimpiya Komitəsi Azərbaycana 109 idmançı ilə gələcəklərini bildirib.

Bolqarlar 20 idman növündən 11-də qüvvələrini sınayacaqlar. Onlar güləş idman növündə 24 çəki dərəcəsindən 23-də (16-ı kişi, 7-si qadın) təmsil olunacaqlar. 11 boksçu (9 kişi, 2 qadın) ilə ölkəmizə gələcək komandanın heyətində həm kişilərdən, həm də qadınlardan ibarət voleybol yığmaları (14 kişi, 14 qadın) yer alacaq. Bundan əlavə, bolqarlar gimnastikada 17 (8 kişi, 9 qadın), triatlonda 1 (qadın), qılıncoynatmada 2 (kişi), kanoedə 4 (3 kişi, 1 qadın), velosiped idmanında 2 (kişi), üzgüçülükdə 10, güllə atıcılığında 5 (3 kişi, 2 qadın) və samboda 6 (2 kişi, 4 qadın) idmançı ilə mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi