Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Albert Səlimova qızıl medalı təqdim edib - FOTO

Prezident İlham Əliyev "Bakı 2015"də qalib gələn Albert Səlimova qızıl medalı təqdim edib - FOTO Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb
Avropa Oyunları
27 İyun , 2015 19:36
Prezident İlham Əliyev Bakı 2015də qalib gələn Albert Səlimova qızıl medalı təqdim edib - FOTO

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı "Bakı 2015"də qalib gələn Albert Səlimova qızıl medalı təqdim edib.

Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

*** 18:49

Azərbaycan "Bakı 2015” I Avropa Oyunlarında 19-cu qızıl medalını qazanıb. "Report"un məlumatına görə, boks yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Albert Səlimov gərgin keçən final qarşılaşmasında fransalı Sofian Umianı 3:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yuxarı pilləsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.

Bununla da Azərbaycan boksçuları iyunun 27-də I Avropa Oyunlarında 4-cü qızıl medalı qazanıblar.

Bu çəki dərəcəsində bürünc medallar polşalı Mateuş Polski və irlandiyalı Sin Makkomba qismət olub.

*** 18:40

Qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı 2015”in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Moslini məğlub edərək I Avropa Oyunlarının qızıl medalını qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki final qarşılaşmasını izləyiblər.

Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Buqar olublar.

*** 18:40

"Bakı 2015" I Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışlarının sonuncu gününün qarşılaşmaları start götürüb.

"Report" xəbər verir ki, boks yarışlarına bu gün keçiriləcək 5 final qarşılaşması ilə yekun vurulacaq.

Hazırda qadınların mübarizəsində 57-60 kiloqram çəki dərəcəsində “Bakı 2015”in beynəlxalq idman elçisi, Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor fransalı Estel Mosli ilə qarşılaşır.

Bu çəki dərəcəsində bürünc medalların sahibləri Azərbaycan boksçusu Yana Alekseyeva və almaniyalı Taşena Bugar olublar.

Kişilərin yarışında dörd final qarşılaşması keçiriləcək və Azərbaycan bütün çəki dərəcələrində təmsil olunacaq.

Albert Səlimov (60 kq) qızıl medal uğrunda fransalı Sofian Umia ilə qarşılaşacaq. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) rusiyalı Aleksandr Besputindən üstün olmağa çalışacaq. Xaybulla Musalovun (75 kq) finaldakı rəqibi gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylli olacaq. Yarışda 91 kiloqram çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev qızıl medal uğrunda döyüşdə ukraynalı Gevorq Manukyan ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 16-dan start götürən boks yarışlarında Azərbaycan idmançıları 3 qızıl və 4 bürünc medal qazanıblar.

FOTOLAR: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi