Birinci Avropa Oyunlarına 150 gün qalmış paytaxtda silsilə tədbirlər keçiriləcək

Birinci Avropa Oyunlarına 150 gün qalmış paytaxtda silsilə tədbirlər keçiriləcək Bu barədə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib
Avropa Oyunları
15 Yanvar , 2015 04:15
Birinci Avropa Oyunlarına 150 gün qalmış paytaxtda silsilə tədbirlər keçiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Birinci Avropa Oyunlarına 150 gün qalmış paytaxtda silsilə tədbirlərin, toplantıların və layihələrin keçirilməsi nəzərdə tutulur.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. O bildirib ki, birinci Avropa Oyunları zamanı Olimpiya kəndində müxtəlif layihələrin reallaşdırılması istiqamətində işlər gedir. Yaxın bir ay ərzində bu layihələr hazır olacaq. Paytaxtda təmir-tikinti, bərpa işləri cədvəl üzrə davam etdirilir. Könüllülərin koordinasiyası, ayrı-ayrı istiqamətlərdə hazırlığı uğurla həyata keçirilir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt yarışları ilə yanaşı, bir sıra digər tədbirlərdə də Avropa Oyunları ilə bağlı maarifləndirmə işləri aparır. Kütləvi informasiya vasitələrində reklam məhsullarının təbliğinə diqqət ayrılır. Müxtəlif ölkələrdə Avropa Oyunlarının təqdimetmə mərasimi keçirilib və belə tədbirlər davam etdirilir. Yarışların və tədbirlərin keçiriləcəyi dövrdə könüllülərin paytaxtdakı insanlarla işinin əlaqələndirilməsi, açılış və bağlanış mərasimləri, kütləvi səhnələrin hazırlığında paytaxt gənclərinin iştirakının təmin edilməsi prosesi davam etdirilir.

Birinci Avropa Oyunları ölkə vətəndaşlarının, turistlərin, azarkeşlərin, bütövlükdə dünyanın uzun müddət yaddaşında qalacaq böyük idman bayramı olacaq.

Son xəbərlər

Orphus sistemi