​Belarus yığmasının baş məşqçisi: "Azərbaycanda sevilməyə layiqik"

​Belarus yığmasının baş məşqçisi: "Azərbaycanda sevilməyə layiqik" İrina Leparskaya I Avropa Oyunlarından danışıb
Avropa Oyunları
4 May , 2015 12:23
​Belarus yığmasının baş məşqçisi: Azərbaycanda sevilməyə layiqik

Bakı. 4 may. REPORT.AZ/ Bədii gimnastika üzrə Belarus yığmasının baş məşqçisi İrina Leparskaya Bakıda keçiriləcək I Avropa Oyunları haqda danışıb. "Report"un "Vestnika Kavkaza"ya istinadən verdiyi məlumata görə, baş məşqçi "Bakı 2015"ə hazırlaşdıqlarını və Azərbaycanda Belarus azarkeşləri kimi qarşılanma gözlədiklərini bildirib.

İ.Leparskaya Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında Azərbaycanın qrup hərəkətləri üzrə yığması və bürünc medal qazanmış Marina Durundaya yerli azarkeşlərin dəstəyindən məmnun olduqlarını söyləyib: "Bizə elə gəlir ki, özümüz də Azərbaycanda gözlənilməyə, sevilməyə və azımi dəstək görməyə layiqik".

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. Bədii gimnastlar isə 17 - 21 iyunda mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi