Belarus prezidentinin köməkçisi Bakıya səfər edəcək

Belarus prezidentinin köməkçisi Bakıya səfər edəcək İdman məmurlarından ibarət nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcək
Avropa Oyunları
18 Noyabr , 2014 16:17
Belarus prezidentinin köməkçisi Bakıya səfər edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Belarus prezidentinin idman məsələləri üzrə köməkçisi Maksim Rıjenkovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayının 20-də Bakıya səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, nümayəndə heyəti noyabr ayının 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin idman naziri Aleksandr Şamko, 2004-cü il Olimpiya çempionu Yuliya Nesterenko, eləcə də Minsk şəhərinin rəhbərliyi daxildir. 

Səfər noyabr ayının 22-nə qədər davam edəcək. 

Eyni zamanda səfirlikdən bildirilib ki, bu gün Belarus Milli Olimpiya Komitəsinin rəhbəri Georgi Katulin Bakıya gələcək.

Son xəbərlər

Orphus sistemi