"Bakı-2015" Avropa Oyunları güləş idman növünün nümayişini keçirib

"Bakı-2015" Avropa Oyunları güləş idman növünün nümayişini keçirib İdmançılıar işçi heyətin üzvləri qarşısında öz bacarıqlarını nümayiş etdiriblər
Avropa Oyunları
30 Oktyabr , 2014 10:55
Bakı-2015 Avropa Oyunları güləş idman növünün nümayişini keçirib
Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının altı nəfər üzvünün iştirakı ilə güləş idman növünün nümayişi keçirilib. "Report"un məlumatına görə, güclü idmançılar bir sıra yoldaşlıq oyunlarında işçi heyətin 500 nəfərdən çox üzvü qarşısında öz bacarıqlarını və texniki fəndlərini nümayiş etdiriblər.

“Gərgin iş qrafiki ilə vaxt ayırıb bacarıqlarını bizim əməkdaşlarımıza nümayiş etdirdikləri üçün Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk.

Güləş gələn il keçiriləcək İlk Avropa Oyunlarında çox populyar idman yarışı olacaq” - deyə, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.

Azərbaycan Güləş Federasiyasının baş katibi və güləş nümayişinin izahında köməklik göstərmiş Əjdər Cəfərov da tədbir iştirakçılarının arasında olub. C.Cəfərov deyib: “Gənc idmançılarımız "Bakı-2015" komandasının üzvlərinə öz istedadlarını nümayiş etdirmək imkanı əldə etdilər.

Biz gələn il keçiriləcək "Bakı-2015" Avropa Oyunlarında öz ölkəmizi təmsil etməyi böyük səbirsizliklə gözləyir və oyunlar başlayanda bütün Azərbaycanın qürur hissi duyacağına ümid edirik”.

Gələn il baş tutacaq Avropa Oyunlarında güləş idmanı üzrə yarışlar altı gün müddətində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək və orada təxminən 480 idmançı 24 qızıl medal uğrunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi