Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi ilə tərəfdaş olduğunu elan edib

Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi ilə tərəfdaş olduğunu elan edib 6 Azərbaycanlı idmançı Fransada keçiriləcək İdman festivalında iştirak edəcəklər
Avropa Oyunları
11 Sentyabr , 2014 18:21
Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi ilə tərəfdaş olduğunu elan edib
  • Bakı. 11 sentyabr. REPORT.AZ. Bakı-2015 Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi və "Sentez Vous" idman təşkilatı ilə tərəfdaşlığını elan edib. Report-un xəbərinə görə, bu barədə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi məlumat yayıb.

  • Sentyabrın 13-dən 21-dək Fransada "Sentez Vous" idman təşkilatı tərəfindən idman festivalı təşkil olunur. Bu idman festivalının keçirilməsində məqsəd idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox insanı müntəzəm fiziki fəaliyyətlərlə məşğul olmağa həvəsləndirməkdir.
  • Fransadakı bu tədbirlə bağlı bütün kommunikasiya məsələləri, televiziya reklamı, sosial medya və çap məhsulları Bakı-2015 ilə əlaqələndiriləcək.
  • Eyni zamanda, festivalda Azərbaycanı bu yaxınlarda Nanjinqdə keçirilən gənclər arasında Yay Olimpiya oyunlarında medal qazanmış 6 idmançı təmsil edəcək. Səid Quliyev (taekvondo-qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş-qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş-gümüş medal) və Nazim Babayev (atletika, 3 təkanla tullanma-bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərində iştirak edəcəklər.
  • Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən tədbir Bakı-2015 Avropa Oyunlarına qitənin digər tərəfində də idmanı təbliğ etməyə imkan yaradacaq: “Fransa Avropanın idman sahəsində əsas güc sahibidir və "Sentez Vous" idman tədbirinə dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzi anlayışının əsasını qoyacaq”.
  • Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia da bu tədbirlə bağlı fikirlərini açıqlayıb. “Biz Bakı-2015-lə əməkdaşlıqdan məmnunuq və Komitənin dəstəyi ilə "Sentez Vous" idman tədbiri xalqımızda idmana marağı artıracaq” - deyə, o bildirib.
  • Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi