Bakıda keçiriləcək I Avropa Oyunlarına biletlərin onlayn satışı başlayıb

Bakıda keçiriləcək I Avropa Oyunlarına biletlərin onlayn satışı başlayıb Biletləri Avropa Oyunlarının rəsmi saytından əldə etmək mümkündür
Avropa Oyunları
21 Mart , 2015 17:24
Bakıda keçiriləcək I Avropa Oyunlarına biletlərin onlayn satışı başlayıb

Bakı. 21 mart. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış-bağlanış mərasimləri və yarışlara biletlərin onlayn satışı bu gündən başlayıb. "Report"un məlumatına görə, biletləri Avropa Oyunlarının rəsmi saytından (baku2015.com) əldə etmək mümkündür.

Yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması vacibdir.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manat təşkil edir.

Qeyd edək ki, köşklərdə biletlərin satışı apreldə başlayacaq.

Son xəbərlər

Orphus sistemi