​Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirilib

​Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirilib Şəhər sakinləri basketbol və boks oynayıblar
Avropa Oyunları
11 İyun , 2015 09:08
​Bakıda “Dostlarla Oyunlara” şüarı altında aksiya keçirilib

Bakı. 11 iyun. REPORT.AZ/ Avropa Oyunları ərəfəsində Bakının mərkəzində - Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında növbəti maraqlı aksiya keçirilib. “Report”un xəbərinə görə, gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər.

Basketbolçular və boksçular maraq göstərən hər kəsə bu idman növlərində öz güclərini sınamaq imkanı yaradıblar. Aksiya hər kəsin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşulub, idmançılarla birgə Avropa Oyunlarına öz dəstəyini göstərərək yarışıblar.

Şəhər sakinləri və paytaxt qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsindəki basketbol və boks üzrə yarışlara biletlər qazanıblar.

Son xəbərlər

Orphus sistemi