"Bakı 2015": Rusiya millisi Almaniyaya qalib gəlib - YENİLƏNİB

"Bakı 2015": Rusiya millisi Almaniyaya qalib gəlib - YENİLƏNİB Macarıstan İtaliya, İspaniya Xorvatiya, Yunanıstan isə Serbiya millisi ilə qarşılaşacaq
Avropa Oyunları
19 İyun , 2015 17:34
Bakı 2015: Rusiya millisi Almaniyaya qalib gəlib - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında su polosu yarışları davam edir. "Report"un məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.

Slovakiya yığması Rumıniya ilə qarşılaşıb. Görüş rumınların 8:7 hesablı qələbəsi ilə başa çatıb. Monteneqro millisi isə Fransaya aman verməyib - 15:4. Üçüncü görüşdə Rusiya və Almaniya yığmaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda sevinən tərəf ruslar olub. Matç 16:9 hesabı ilə yekunlaşıb.

Digər oyunlarda isə Macarıstan İtaliya, İspaniya Xorvatiya, Yunanıstan isə Serbiya millisi ilə qarşılaşacaq.

saat 13:29

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında su polosu yarışları davam edir. "Report"un məlumatına görə, bu gün 6 qarşılaşma keçiriləcək.

Artıq onlardan biri - Slovakiya və Rumıniya komandalarının görüşü start götürüb.

Son xəbərlər

Orphus sistemi