"Bakı 2015": Rauf Məmmədov 540 xal toplayıb

"Bakı 2015": Rauf Məmmədov 540 xal toplayıb Türkiyə idmançısı isə medallar uğrunda mübarizəni davam etdirir
Avropa Oyunları
20 İyun , 2015 13:12
Bakı 2015: Rauf Məmmədov 540 xal toplayıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" Avropa Oyunlarında Azərbaycanı təmsil edən Rəsul Məmmədov kişilər arasında 50 metrdən tapança ilə atış növündə çıxış edib.

"Report"un məlumatına görə, o, 6 atışın nəticəsində 540 xal (92; 90; 88; 90; 88; 92) toplayıb.

Bu nəticə ilə 31 yaşlı idmançı 24-cü yeri tutub.

Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.

Qeyd edək ki, təsnifat mərhələsində birinci yeri 567 xalla Serbiya atıcısı Mikiç Damir, ikinci yeri eyni xalla Ukrayna atıcısı Oleq Omelcuk , Türkiyə idmançısı Yusuf Dikec isə 564 xalla üçüncü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi