Atletlər Kəndində yerləşdirilmiş 34 ölkənin Milli Olimpiya Komitəsinin üzvləri ilə görüş keçirilib

Atletlər Kəndində yerləşdirilmiş 34 ölkənin Milli Olimpiya Komitəsinin üzvləri ilə görüş keçirilib Görüşlərin iki gündən bir təşkili planlaşdırılır
Avropa Oyunları
8 İyun , 2015 14:47
Atletlər Kəndində yerləşdirilmiş 34 ölkənin Milli Olimpiya Komitəsinin üzvləri ilə görüş keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar Atletlər Kəndində yerləşdirilmiş 34 ölkənin Milli Olimpiya Komitəsinin (MOK) üzvləri ilə görüş keçirilib. "Report"un məlumatına görə, ilk iclasa MOK-ları təmsil edən komandaların üzvləri və "Bakı 2015"in heyəti ilə yanaşı, Avropa Olimpiya Komitələrinin nümayəndələri də qatılıb. 

Toplantıda qonaqlara Oyunlar barədə son məlumatlar verilib. Bildirilib ki, belə yığıncaqların iki gündən bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da baş tutacağı gözlənilir.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. Oyunlarda ümumilikdə 20 idman növü üzrə Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi