"Bakı-2015": Məşəl estafeti Sumqayıtda - FOTO

"Bakı-2015": Məşəl estafeti Sumqayıtda - FOTO İlk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılandı
Avropa Oyunları
31 May , 2015 19:00
Bakı-2015: Məşəl estafeti Sumqayıtda - FOTO

Bakı. 31 May. REPORT.AZ/ “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, ilk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılandı. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izlədi.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul etdi. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəldilər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verildi.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salındı.

Son xəbərlər

Orphus sistemi