Avropa Oyunlarının məşəli Bakıya gətirilib

Avropa Oyunlarının məşəli Bakıya gətirilib Məşəl Sadko limanına çatıb
Avropa Oyunları
7 İyun , 2015 18:13
Avropa Oyunlarının məşəli Bakıya gətirilib

Bakı. 7 iyun. REPORT.AZ/Bu gün I Avropa Oyunlarının məşəli bölgələri dolaşdıqdan sonra Neft daşlarına gətirilib.

“Report” xəbər verir ki, Neft daşlarında məşəli əməkdar neftçi, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qəbul edib.

Daha sonra məşəl Bakıya gətirilib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. İlham Əliyev məşəli neftçi Nahid Nuriyevdən qəbul edib. Azərbaycan prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Bununla da I Avropa Oyunlarının məşəlinin Bakı estafetinə start verilib.

Hazırda məşəl qız qalasına gətirilib.

Qeyd edək ki, məşəl iyunun 8-də I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bir neçə idman obyektində olacaq.

Son xəbərlər

Orphus sistemi