"Bakı-2015"in təhlükəsizlik məsələləri ilə hansı qurumun məşğul olacağı açıqlanıb

"Bakı-2015"in təhlükəsizlik məsələləri ilə hansı qurumun məşğul olacağı açıqlanıb Saymon Kleq: "Biz əminik ki, təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək"
Avropa Oyunları
19 Yanvar , 2015 16:17
Bakı-2015in təhlükəsizlik məsələləri ilə hansı qurumun məşğul olacağı açıqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu il iyunun 12-də start götürəcək "Bakı-2015" I Avropa Oyunlarında təhlükəsizlik məsələləri ilə Azərbaycanın müvafiq hüquq-mühafizə orqanı məşğul olacaq. Bu barədə "Report"a Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq məlumat verib.

Onun sözlərinə görə, idmançıların və ümumilikdə Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçün xüsusi müqavilə ilə xarici təhlükəsizlik təşkilatlarının cəlb edilməsi planlaşdırılmır: "Mühafizə Azərbaycanın öz xüsusi təhlükəsizlik orqanı tərəfindən təşkil olunacaq. Biz əminik ki, təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək".

Qeyd edək ki, I Avropa Oyunları iyunun 28-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi