​"Bakı-2015"in son rəsmi dəstəkçisi müəyyənləşib

​"Bakı-2015"in son rəsmi dəstəkçisi müəyyənləşib NAZ Bakı-2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq
Avropa Oyunları
18 Fevral , 2015 16:44
​Bakı-2015in son rəsmi dəstəkçisi müəyyənləşib

Bakı. 18 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı-2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.

Müqaviləyə əsasən, NAZ "Bakı-2015 I Avropa Oyunlarının Rəsmi Avtomobili" titulu və loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan "Lifan" şirkətinə ötürəcək. Avtomobil şirkəti Avropa Oyunları müddətində istismar məqsədilə 280 ədəd "Lifan" markalı avtomobillə təchiz edəcək.

Həmin avtomobillərdən Milli Olimpiya Komitəsi üzvləri, KİV və Yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün istifadə olunacaq.

Qeyd edək ki, 12-28 iyun tarixində keçiriləcək I Avropa Oyunlarının rəsmi dəstəkçiləri Naxçıvan Avtomobil Zavodu (NAZ), "McDonald’s Azerbaijan", "Tickethour", "Milla", "Sitecore", "Motorola Solutions", "Azersun Holding" və "Bazarstore" supermarketlər şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi