"Bakı 2015"in məşəli Naxçıvana çatdırılıb

"Bakı 2015"in məşəli Naxçıvana çatdırılıb Məşəllə ilk olaraq, Polad Əliyev qaçacaq
Avropa Oyunları
27 Aprel , 2015 13:20
Bakı 2015in məşəli Naxçıvana çatdırılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra məşəlin ölkənin 60 regionuna 48 günlük səyahətinə start verilib. "Report"un məlumatına görə, bu gün məşəl təyyarə ilə Naxçıvana çatdırılıb. 

İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq ardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu, ümumilikdə, 4.1 km məsafədə aparacaqlar. 

Qeyd edək ki, məşəlin Naxçıvana səyahəti münasibətilə şəhərdə festival təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi