​"Bakı 2015"in gümüş mükafatçısı: "Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım"

​"Bakı 2015"in gümüş mükafatçısı: "Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım" "Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım"
Avropa Oyunları
23 İyun , 2015 14:52
​Bakı 2015in gümüş mükafatçısı: Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım

Bakı. 23 iyun. REPORT.AZ/ "Bu yarışa çox ciddi hazırlaşırdıq. Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım və ayağımı gipsə saldılar". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışında Azərbaycana gümüş medal qazandıran Amil Qasımov deyib.

74 kq çəkidə gedən mübarizənin sonunda belaruslu Stepan Popova məğlub olan (0:4) A.Qasımov buna zədənin səbəb olduğunu bildirib. O, final görüşündə zədəsini gizlətmək istədiyini, lakin rəqibin bunu görüb ayağında hücum etdiyini söyləyib: "Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım. Zədəmin tezliklə sağalacağına ümid edirəm".

A.Qasımov yarışın sonunda belarus idmançının çiynində getməsini bu cür izah edib: "O ayağımın zədəli olduğunu bilib hücum edirdi. Sonda da təşəkkür olaraq belə bir jest etdi".

Son xəbərlər

Orphus sistemi