"​Bakı-2015"in enerji nəzarətini həyata keçirəcək şirkət müəyyənləşib

"​Bakı-2015"in enerji nəzarətini həyata keçirəcək şirkət müəyyənləşib Şirkət yarışların baş tutacağı 13 idman kompleksinin enerji və temperaturuna nəzarət edəcək
Avropa Oyunları
21 Yanvar , 2015 14:21
​Bakı-2015in enerji nəzarətini həyata keçirəcək şirkət müəyyənləşib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunları zamanı elektrik enerjisi və temperatura nəzarəti Niderlandın "Aggreko" şirkəti həyata keçirəcək. "Report"un Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət yarışların baş tutacağı 13 idman qurğusunun enerji və temperaturuna nəzarət edəcək.

Şirkət açılış və bağlanış mərasimlərində kompleksləri  34 meqavatt gücündə enerji ilə təmin edəcək.

Qeyd edək ki, "Aggreko" şirkəti 1962-ci ildə Niderlandda təsis olunub və hazırda şirkət 45 ölkədə fəaliyyət göstərir. Şirkət 2010-cu il Vankuver Qış və 2012-ci il London Yay Olimpiya Oyunlarının enerji təchizatını həyata keçirib.

Son xəbərlər

Orphus sistemi