​"Bakı 2015" I Avropa Oyunlarına 90 gün qalıb

​"Bakı 2015" I Avropa Oyunlarına 90 gün qalıb Oyunlar zamanı 49 ölkə idmançıları Azərbaycanın qonağı olacaq
Avropa Oyunları
14 Mart , 2015 11:25
​Bakı 2015 I Avropa Oyunlarına 90 gün qalıb

Bakı. 14 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının startına 90 gün qalıb. "Report" xatırladır ki, Oyunların açılışı 12 iyunda Milli Stadionda olacaq.

İyunun 28-dək davam edəcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı Azərbaycanın qonağı olacaq. Yarışlar Bakı və Mingəçevirdə keçiriləcək.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Romada baş tutan Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi