"Bakı 2015"ə dəstək məqsədilə jurnalistlər arasında voleybol matçı keçirilib

"Bakı 2015"ə dəstək məqsədilə jurnalistlər arasında voleybol matçı keçirilib Görüş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilib
Avropa Oyunları
5 May , 2015 21:27
Bakı 2015ə dəstək məqsədilə jurnalistlər arasında voleybol matçı keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün idman jurnalistləri arasında voleybol matçı keçirilib. "Report"un məlumatına görə, tədbir Azərbaycan Voleybol Federasiyası (AVF) ilə 3 yaşı tamamlanan İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilmiş görüşdə məqsəd "Bakı 2015" I Avropa Oyunlarına jurnalist dəstəyi vermək, habelə, federasiya ilə KİV arasında münasibətləri daha da sıxlaşdırmaqdan ibarət olub.

"Sağlam həyat tərzi" devizi altında təşkil olunmuş görüşdə televiziya və yazılı media nümayəndələrindən ibarət komandalar üz-üzə gəlib. Oyun AVF-nin idman zalında keçirilib. Qarşılaşmanın yekununda sevinən tərəf "TV-Media" komandası olub.

Onlar yazarlar üzərində 2:1 hesablı qələbə qazanıblar - 25-22, 18-25, 25-22.

Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi