​"Bakı 2015"də qılıncoynatma yarışları davam edir

​"Bakı 2015"də qılıncoynatma yarışları davam edir Yarışlara saat 9:00-da start veriləcək
Avropa Oyunları
25 İyun , 2015 08:43
​Bakı 2015də qılıncoynatma yarışları davam edir

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında idmanın qılıncoynatma növü üzrə növbəti yarışlar keçiriləcək. "Report"un məlumatına görə, mübarizə kişilər arasında rapira, qadınlarda isə sablya növündə baş tutacaq.

Yarışlara saat 9:00-da start veriləcək. Hər iki növ üzrə qızıl medalın sahibi bu gün müəyyənləşəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına iyunun 27-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi