"Bakı 2015"də dava salan güləşçilər yarışdan kənarlaşdırılıb - VİDEO

"Bakı 2015"də dava salan güləşçilər yarışdan kənarlaşdırılıb - VİDEO Görüş zamanı rəqiblər güləş qaydalarından kənara çıxıblar
Avropa Oyunları
17 İyun , 2015 14:49
Bakı 2015də dava salan güləşçilər yarışdan kənarlaşdırılıb - VİDEO

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə yarışda qalmaqal yaşanıb. "Report"un məlumatına görə, belaruslu Vladzislav Andreyev ilə gürcüstanlı Vladimir Xinçeqaşvilinin görüşü zamanı rəqiblər güləş qaydalarından kənara çıxıblar.
Döşək üzərində mübarizə aparan pəhləvanlar əvvəlcə bir-birinə şillə vurub. Daha sonra əl zərbələri başla əvəz olunub. Nəticədə hakim görüşü dayandırıb və hər iki güləşçi qayda pozuntusuna görə oyundan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi