​"Bakı 2015" bürünc mükafatçısı: Medalı balaca qızıma həsr edirəm

​"Bakı 2015" bürünc mükafatçısı: Medalı balaca qızıma həsr edirəm "Məğlub olmağımın səbəbi yorulmağım deyildi"
Avropa Oyunları
15 İyun , 2015 21:44
​Bakı 2015 bürünc mükafatçısı: Medalı balaca qızıma həsr edirəm

Bakı. 15 iyun. REPORT.AZ/ "Medal qazanmaq həmişə yaxşıdır. Bu cür yarışlarda medal qazanmağın başqa ləzzəti var".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında 55 kq. çəkidə bürünc medal qazanan qadın güləşçisi Natalya Sinişin deyib.

O, çıxışı zamanı yol verdiyi səhv nəticəsində qızıl medal qazana bilmədiyini bildirib:

"Məğlub olmağımın səbəbi yorulmağım deyildi. Hər şey bir anda baş verdi. Balaca qızım üçün çox darıxıram və medalımı ona həsr edirəm. Mənim üzərimdə əməyi olan hər kəsə, azarkeşlərə mükəmməl dəstəyə görə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi