"Bakı 2015": Bir idmançı dopinqə görə oyunlardan kənarlaşdırılıb

"Bakı 2015": Bir idmançı dopinqə görə oyunlardan kənarlaşdırılıb Dünənki oyunlar üçün əlavə 12 min bilet satılıb
Avropa Oyunları
23 İyun , 2015 11:04
Bakı 2015: Bir idmançı dopinqə görə oyunlardan kənarlaşdırılıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Dünən atletika, sambo, oxatma və qaçış üzrə final oldu. Qaçış üzrə yarışlarda yarım bal üstünlüyü ilə Slovakiya qızıl medala sahib oldu". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib.

S. Kleqqin sözlərinə görə, 19 mindən çox insan gimnastikanın müxtəlif növlərində tamaşaçı qismində iştirak edib: "7 müxtəlif məkanda tamaşaçı tutumu təxminən 81 faiz təşkil edirdi. Oyunlar üçün əlavə 12 min bilet satılmışdı".

O, həmçinin əlavə edib ki, dünən 1 600-ə yaxın idmançı öz ölkəsinə qayıdıb: "Bu gün 3 idman növü üzrə final olacaq. Belə ki, bu gün 3x3 basketbol, qılıncoynatma və voleybol yarışının finalı olacaq. Bu gün həm də qızıl medal dəstləri oynanılacaq. Bu gün eyni zamanda Tofiq Bəhramov adına stadion tədricən atıcılıq idman növündən ənənəvi formata qaytarılacaq".

"Report"un suallarına cavab verən baş direktor qeyd edib ki, 12 gün müddətində yalnız bir idmançı dopinqə görə oyunlardan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi