Bakı 2015 Avropa Oyunlarına 200 gün qalmış möhtəşəm şou keçiriləcək

Bakı 2015 Avropa Oyunlarına 200 gün qalmış möhtəşəm şou keçiriləcək "Azərbaycan ölkənin idman tarixinin mühüm hissəsinə çevriləcək oyunlara hazırlaşır"
Avropa Oyunları
21 Noyabr , 2014 19:58
Bakı 2015 Avropa Oyunlarına 200 gün qalmış möhtəşəm şou keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə möhtəşəm şou təşkil edəcək. 

"Report" xəbər verir ki, noyabrın 24-də İçərişəhər ərazisində Səmanı xüsusi effektlərlə şəhəri işıqlandıracaq şou təşkil olunacaq.

Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakı 2015-in saytına deyib ki, ilk Avropa Oyunlarının başlamasına 200 gün qalıb. Bakı şəhəri və Azərbaycan ölkənin idman tarixinin mühüm hissəsinə çevriləcək oyunlara hazırlaşır: "Eyni zamanda biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox sayda insanla paylaşmaq istərdim”.

Şou axşam saat 8-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi