​"Bakı 2015" Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim edib

​"Bakı 2015" Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim edib Bakı. 26 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini ictimaiyyətə təqdim edi...
Avropa Oyunları
26 Mart , 2015 12:43
​Bakı 2015 Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini təqdim edib

Bakı. 26 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini ictimaiyyətə təqdim edib. "Report"un məlumatına görə, 20-yə yaxın operator "Bakı 2015" Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, «Şanslı Qalib» kampaniyası, yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və İngilis dillərində məlumat verəcək.

Xəttə zəng vuranları aktyor və aparıcı, "Bakı 2015"in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq.
Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq mümkündür.
Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.

Son xəbərlər

Orphus sistemi