Azərbaycan prezidenti: “2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları bizim üçün ciddi məsuliyyətdir”

Azərbaycan prezidenti: “2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları bizim üçün ciddi məsuliyyətdir” Dövlət başçısı idmançıların uğurlarını böyük qələbə kimi qiymətləndirib
Avropa Oyunları
1 Sentyabr , 2014 14:04
Azərbaycan prezidenti: “2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları bizim üçün ciddi məsuliyyətdir”

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komanda üzvlərini qəbul edib. Report-un xəbərinə görə, yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasını ölkəni layiqincə təmsil etdiyini vurğulayan dövlət başçısı idmançıların uğurlarını böyük qələbə kimi qiymətləndirib.

İdmançıları təbrik edən prezident İlham Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda Azərbaycan milli komandasının 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.

London Olimpiadasında əldə olunan uğurları xatırladan dövlət başçısı 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Prezident bildirib ki, Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkənin iqtisadi artım templəri və idmançıların uğurlu çıxışları ilə bağlıdır.

Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi