Azərbaycanlı güləşçi "Bakı 2015"də bürünc medal qazanıb

Azərbaycanlı güləşçi "Bakı 2015"də bürünc medal qazanıb Elman Muxtarov Ermənistan təmsilçisi Roman Amoyanı məğlub edib
Avropa Oyunları
13 İyun , 2015 19:16
Azərbaycanlı güləşçi Bakı 2015də bürünc medal qazanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında daha bir medal qazanıb. "Report"un məlumatına görə, həmin medala 59 kq çəki dərəcəsində çıxış edən Elman Muxtarov sahib olub. O, Ermənistan təmsilçisi Roman Amoyanı məğlub edərək bürünc medala sahib olub. Görüş gərgin mübarizə şəraitində keçib. İlk yarıda Azərbaycan güləşçisi 6:1 hesabı ilə önə çıxıb. 3 dəqiqəlik ikinci hissədə də üstünlüyünü davam etdirən Muxtarov rəqibinə ardıcıl iki fənd sayəsində 9:1 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi